Adamlıq dinində evlilik dövrü gənc qız və oğlanın müəyyən bir yaşa gəlməsi ilə başlayır. Artıq ata və ana uşaqlarının "evliliyini, toyunu, xoşbəxtliyini " görmək və illərlə verdikləri əməklərin qarşılığını tədricən almaq istəyirlər. Ümumiyyətlə adamlıq dininin evlilikləri uşaqların özlərinin tanış olması ilə olmaz.. Ata və ana müəyyən yaşa gəlmiş uşağının evlənməyinin vacib olduğunu düşündüyündən bunu həyata keçirmək üçün bir çox üsullardan istifadə edir. Əgər uşaqlar evlənəcəyi adamı seçə bilmirlərsə bu zaman işi ailələri, qohumları və dostları öz öhdələrinə götürürlər.











